Menu
Geri İrəli

Sumqayıt Texnoloji Parkına 400 mln. dollar sərmayə yatırılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 21 May 2013 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

Yaxın 3 il ərzində Sumqayıt Texnoloji Parkına 400 mln. ABŞ dolları həcmində investisiya yatırılacaq.

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bəyan edib.

R.Abdullayevin sözlərinə görə, parkdakı müəssisələrdə 7-10 min yeni iş yerləri açılacaq ki, bu da həmin regionun işsizlik probleminin həllinə dəstək olacaq.

R.Abdullayev bildirib ki, hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə parka özəl müəssisələrin cəlb edilməsi ilə bağlı işlər aparılır və yaxın zamanlarda təkliflərin qəbuluna başlanılacaq.

ARDNŞ prezidentinin sözlərinə görə, Sumqayıt Texnoloji Parkında istehsal olunacaq etilen-propilen və etilen-polietilen məhsulları həm ölkənin daxili tələbatını ödəyəcək, həm də ixraca yönəldiləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın