Menu
Geri İrəli

“Sumqayıt Ticarət Mərkəzi” açıqlama verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2014 • Baxış sayı: 1,242 dəfə • Şərh yoxdur
nizamiBu gün mətbuatda  sabiq millət vəkili Nizami İsgəndərova məxsus “Sumqayıt Ticarət Mərkəzi”ndə bədbəxt hadisənin baş verməsi ilə bağlı xəbər yayılmışdı.  Yayılan məlumatda qeyd olunurdu ki,  “Cavid” Ticarət Mərkəzinin damından qopan dəmir örtük azyaşlı bir uşağın qolunu parçalayıb.
“Sumqayıt Ticarət Mərkəzi”nin ictimayətlə əlaqələndiricisi Elçin Abdullayev bununla bağlı sumqayitxeber.com saytına açıqlama verib:
“Qətiyyətlə bildiririk ki, nəinki həmin tarixdə, ümumiyyətlə, başqa bir vaxtda da Sumqayıt Ticarət Mərkəzində bu və ya buna bənzər hadisə baş verməyib. Adıçəkilən ticarət mərkəzi olaraq sözügedən informasiyanı yayan sayt və qəzetlərin tutduqları mövqeyə hörmətlə yanaşdığımızı xüsusi qeyd etməklə yanaşı, qeyd etmək istəyirik ki, bu cür informasiyaları dəqiqləşdirmədən gündəmə gətirmək ən azı həmin sayt və qəzetlərin oxucu reytinqinin düşməsinə belə mənfi təsir edə bilər. KİV üzərinə düşən ictimai rəyi formalaşdırma məsuliyyətini hər zaman dolğun dərk etməlidir. Sonda Qeyd etmək istəyirəm ki, sözügedən Ticarət Mərkəzinin sahibi Nizami İsgəndərova deyil, Zaman İsgəndərova məxsusdur və bu mərkəzdə təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə diqqət ayrır. “
Facebook Şərhləndirmə:

Şərhinizi yazın