Menu
Geri İrəli

Sumqayıt turizm şəhəri statusu almağa iddialıdır – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2017 • Baxış sayı: 676 dəfə • Şərh yoxdur
Share Button

Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Sumqayıtda da özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin  imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin  uğurlarını şərtləndirən əsas məqamlardır. Son illərdə ölkə başçısı tərəfindən  aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda  da  insanların rifahının yaxşılaşması  ilə müşayiət olunub,tikinti quruculuq işləri  uğurla reallaşdırılıb. Şəhər əhalisinin  təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası  ilə bağlı xeyli iş görülüb. Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada təkcə ötən 3 il  ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib.

Yeni Azərbaycan Partiyası  Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binada işlər yekunlaşıb. 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edir. Təşkilatın hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.Iki mərtəbədən və mansarddan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub.Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.Müasir avadanlıqla təchiz edilən ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da fəaliyyət göstərəcək.Sumqayıt Bulavarında   Bayraq Muzeyinin də  inşasında son tamamlanma işləri aparılır.Iki mərtəbədən ibarət olacaq muzeyin tikilməsində əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə təkan verməkdir. Binada müasir havalandırma və işiqlandırma sistemi quraşdırılıb. Muzeyin fasad hissəsi aqlay daşlarla üzlənib.

sumqayitSumqayıtda  yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi  ilk növbədə  əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhər daxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir.Uzunluğu  4 kilometr olan  Koroğlu küçəsi ,eləcə də  uzunluğu 1,6 kilometr olan Nizami küçəsi  yenidənqurmadan sonra artıq şəhər sakinlərinin  istifadəsinə  verilib. Uzunluğu 9  kilometr olan,uzun illərdən bəri təmir olunmayan    Səməd Vurğun küçəsi  yenidən qurulur. Küçənin  yenidən qurulması təkcə sakinlərin işini deyil,eləcə də bu yolun ətrafında yerləşən kimya müəssisələrinin,zavodların yük və sərnişin daşınmasındakı rahatçılğını xeyli yaxşılaşdıracaq. Bütün bu işlər Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına görülür.Bakı, Mehmandarov,R.Qəhrəmanov,Rustavi,Çerkassi,Həsən Əliyev,20 Yanvar,  Bədəlbəyli , küçələrində asfaltlanma işləri yekunlaşıb, 1, 5,8,9, 11,17 -ci mikrorayonlarda, eləcə də 2,3,4 , və  14-cü məhəllələrdə  məhəllədaxili yollar asfaltlanma işləri aparılıb.Məhəllə və mikrarayonlarda,küçə və prospektlərdə 350 min kvadrat metr sahəyə asfalt örtüyü vurulub. Digər  mikrorayon və məhəllələrdə də ardıcıl şəkildə asfalt işləri mərhələli şəkildə  aparılacaq.Şəhərin simasının dəyişməsi,müasir görkəmə salınması şəhər sakinlərində belə bir əminlik yaradır ki,gələcəkdə Sumqayıt da turizm şəhəri kimi məşhur olacaq.

Hazırda Sumqayıt şəhərində yaşayış  binaların dam örtüklərinin dəyişdirilməsi  və fasadlarn üzlənməsi  işləri də sürətlə davam edir.Qeyd edək ki,Sumqayıtın  mənzil fonduna  cəmi 1364 yaşayış binası daxildir. Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində bu günə qədər    şəhər üzrə 600-ə  yaxın  binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib. 9-cu; 10-cu;11-ci, 12-ci və 13-cü mikrorayonlarda 100 yaşayış binasında dam örtüyü yenidən qurulmuş, metal-kirəmitlə  əvəz edilmiş və 10 binada işlər davam etdirilir. 34-cü; 45-ci məhəllələrdə və 9-cu mikrorayonda 42 yaşayış binasında 100 min kv.metrdən çox fasad hissə təmir olunaraq rənglənmişdir. Bundan əlavə 16 yaşayış binasında 4300 kvadrat metr şifer, 25 binada 24630 kv.metr yumşaq dam örtüyü təmir edilmişdir. Azərbaycan və N. Nərimanov küçələrində 4 yaşayış binasında 3765 kv.metr fasad “Aqlay daşı” ilə üzlənmişdir.537 yaşayış binasının pilləkən qəfəsləri əsaslı təmir edilmiş, 137 binada işlər davam edir

Ölkəmzin sənaye mərkəzlərindən biri olan Sumqayıt artıq prespektivli turizm şəhəri olmağa da iddialıdır.Sumqayıtın Xəzərin sahilində, Bakının qonşuluğunda olması,şəhərin yenidən qurulması,yeni dənizkənarı bulvarın salınması, infrastrukturun yenilənməsi, parkların salınması bu şəhərin yaxın gələcəkdə turizm sahəsində də öz yerini tutacağından xəbər verir. Artıq Sumqayıt Bulvarının səsi sorağı dünyanın böyük və məşhur şəhərlərindən gəlir. Sumqayıt Bulvarı və dənizkənarı parkı öz böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə də Gürcüstanın məşhur turizm şəhəri olan Batumi ilə hardasa oxşardr. Odur ki, vaxtı ilə fəhlə şəhəri ad ilə məşhur olan Sumqayıt artıq tam qətiyyətlə deyə bilərik ki, turizm şəhəri statusu almağa iddialıdır. Bir sözlə, Sumqayıt minlərlə turistə qucaq açmağa,onları xoş üzlə qarşılayıb,mehribanlıqla yola salmağa tam hazırdır.Təmiz havası,bulvarı, çimərliyi,dəniz kənarındakı yeni otelləri və adı dillər əzbəri olan məşhur Corat qutabı ilə.

Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Mükafatı təsisatın baş katibi Rikardo Lopes oktyabrın 16-da qurumun Paris “Meridien Etoile” otelində keçirilən forumunda təqdim edib. Forumda 5 qitədən 150 nümayəndə iştirak edib. 32 ölkənin təqdimatından 22–si mükafata layiq görülüb ki, bunlardan biri də Sumqayıt Bulvarı olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Bulvar idarəsinin rəisi Yavər Vəliyev təqdimat mərasimində iştirak edib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə “Sumqayıt Bulvarı”nın təqdimatını keçirərək, ölkəmiz və Sumqayıt şəhəri haqqında ətraflı məlumat verib. Azərbaycanın iqtisadi inkişafından, stabilliyindən söz açıb.Bildirilib ki, Sumqayıt Bulvarı ölkəmizdə gedən quruculuq işlərinin bariz nümunəsidir. 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib.  Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.Son iki ildə müasir layihələr əsasında yenidən qurulan Sumqayıtın intibah dövrü yaşadığı və regionun gözəl turizm məkanlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Gənc Sumqayıtın inkişafının dövlət rəhbərliyinin diqqət və qayğısının bəhrəsi olduğu vurğulanıb.

Xatırladaq ki, dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri – “Global Trade Leaders Club”un bu il iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24-cü Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın