Menu
Geri İrəli

«Sumqayıt» türk futbolçulardan imtina etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 May 2013 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur
Share Button

«Sumqayıt» heyətindəki türk futbolçulardan imtina edib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisinin Taner Taktak, Murat Doymuş və Can Akgünlə yolları ayırıb.

Qeyd edək ki, Taner Taktak «Sumqayıt»a yayda Belçikanın «Patro Eysden» klubundan gəlib və 20 oyunda (1314 dəqiqə) 1 qol vurub. Almaniyanın «Berlener AK» klubundan gələn Murat Doymuş 26 oyunda (2253 dəqiqə) 1 qola imza atıb. Can Akgün də «Berlener AK»dan transfer olunub və «Sumqayıt»da 13 oyun (750 dəqiqə) keçirərək 1 qol vurub.

Fanat.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın