Menu
Geri İrəli

Sumqayıtda ilk dəfə olaraq şəhər turu təşkil olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 1,406 dəfə • Şərh yoxdur

Sumqayıtda   Mədəniyyət və Turizm Nazirliynin dəstəyi, Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə ilk dəfə olaraq yeni gətirilmiş  avtobusla  şəhər  turu  təşkil edilib.Şəhər  turunda iştirakçılar  2 saat ərzində şəhərin tarixi və mədəni yerləri,eləcə də müasir tikililəri ilə yaxından tanış olublar.

Şəhər  Mədəniyyət və  Turizm  idarəsinin  incəsənət və musiqi  məktəblərindən  müəllim və şagirdlərin   qatıldığı  ilk  şəhər  turu  Sumqayıtın Tarixi Muzeyinin qarşısından start götürüb.Əvvəlcə tur iştirakçılarına şəhərin tarixi barədə qısa  məlumat verildi.Turun  təşkil olunmasında əsas məqsəd həm yerli, həm də xarici turistləri şəhərə  cəlb etmək və son zamanlar  regionlarda  aparılan genişmiqyaslı abadlıq quruculuq işlərini   əyani surətdə göstərməkdir.Artıq  Sumqayıtda  hər həftənin şənbə və  bazar günləri səhər  saat 9-dan etibarən 2 saatdan bir sifarişlər əsasında  şəhər   turları  təşkil olunacaq.Şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri-Mehman Şükürov bildirib ki, bu turun təşkilində  əsas məqsəd ilk olaraq şəhər əhalisini Sumqayıtla yaxından taniş etməkdir.Hər bir sumqayıtlı şəhərin tarixi yerlərini,mədəni abidələrini və müasir tikililərini tanımalıdır. Sumqayıt sənaye şəhəri olduğundan gələcəkdə sənaye turları da təşkil olunması nəzərdə tutulur.

Mehman Şükürov-Sumqayıt  şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri.

Tur iştirakçılarına  şəhərdə yeni tikilən sosial obyektlər,eləcə də  Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi Məktəbi haqqında ətraflı  məlumat verildi.Daha sonra tur iştirakçıları Corat qəsəbəsi   ilə   tanış oldular. Burada diqqətə çatdırıldı  ki, Coratın dəniz sahilində yerləşməsi,qədim tarixi,mətbəxi gələcəkdə buranı əlverişli  turizm məkanına çevirəcək.İştirakçılar burada Hacı Məcid Hamamını da ziyarət etdilər.Yeraltı abidə olan bu hamamın 500 ildən artıq yaşı var ,16-cı əsr milli mədəniyyət nümunəmizin tarixi əhəmiyyəti var.Beləki əvvəllər burada kükürdlu bulaq qaynayırmış və onun suyu bir çox xəstəliklərə şəfa verib.İştirakçıılar bu cür turların təşkilini maraqla qarşılayıb.

Şəhər turunun  iştirakçıları Sumqayıtda  yeni salınan Dənizkənarı Bulvarla da yaxından tanış oldular. Xəzər dənizinın Sumqayıt  şəhərinə  aid  sahil boyuna xüsusi yaraşıq verən, ümumi sahəsi 106 hektar, uzunluğu 4,2  kilometr olan yeni bulvarın 500 metrlik hissəsində   son tamamlanma işləri aparılır. Bildirildi ki, yeni bulvarın  tam olaraq   2 ilə  sumqayıt  sakinlərinin və şəhərin  qonaqlarının istifadəsinə verilməsi nəzərdə tutulub.Sumqayıtın Dənizkənarı  Yeni Bulvarı  və Sahil Parkı layihəsinin uğurla icra olunması  şəhərin   simasını tamamilə dəyişməklə yanaşı həm də şəhərin   gələcəkdə turizm imkanlarını daha da artıracaq.

Şəhidlər Xiyabanı və Göyərçin abidəsi ilə tanışlıqdan  sonra Nəsimi adına Mədəniyyət və İstirahət Parkında Sumqayıt Dövlət Rəsm Qaleriyasındakı rəsm əsərləri,əl işlərindən ibarət sərgiyə  baxış oldu.Qeyd edək ki, bu cür şəhər  turları gələcəkdə Sumqayıta  gələn turistlər üçün hazırlıq mərhələsi təşkil edir. Sonda tur iştirakçılarına  Nəsimi adına Mədəniyyət və İncəsənət Parkında  konsert proqramı nümayiş olundu.

13248338_1620938968225916_2155122679211933827_o 13220654_1620937728226040_9103559224675396866_o 13246153_1620939134892566_865661406228301581_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın