Menu
Geri İrəli

Sumqayıt və Türkiyənin Keçiörən bələdiyyəsi qardaşlaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2011 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

Azərbaycanın Sumqayıt şəhər bələdiyyəsi ilə Türkiyənin Keçiörən bələdiyyəsinin qardaşlaşmasına dair protokol imzalanıb. Protokolu Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak və Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev imzalayıblar.

Sənədlərin imzalanma mərasimində bələdiyyələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyi bildirilib. Bələdiyyə sədri M. Ak bildirib ki, Keçiörəndə bir meydanın yaradılması nəzərdə tutulur. Həmin meydanda Xocalı şəhidlərinin xatirəsinə bir abidə də ucaldılacaq.

APA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın