Menu
Geri İrəli

Sumqayıt və Xətai polisləri avtomobillərdə oğurluq edən iki şəxsi tutub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2010 • Baxış sayı: 109 dəfə • Şərh yoxdur

Binəqədi rayonunda oğurluqda təqsirləndirilən şəxs həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 3-də 22 saylı xətt avtobusunda Sumqayıt şəhər sakini Natiq Ağayev Xaçmaz rayon sakini Yavər Ağayevin cibindən 273 manat oğurladığına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları isə avtomobildən oğurluq edən şəxsi yaxalayıb. Qvardiya küçəsində Ülviyyə Kürtdəmirovaya məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində 70 manat pul, mobil telefon, mənzil açarları və şəxsi sənədlər olan əl çantası oğurlanıb.

Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə təqsirləndirilən İmişli rayon sakini Rabil Əliyev tutulub. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın