Menu
Geri İrəli

Sumqayıt və Abşeronda fəaliyyət göstərən din xadimləri ilə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2015 • Baxış sayı: 476 dəfə • Şərh yoxdur

thumb_unnam336Ramazan ayının başlanması ilə əlaqədar olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş keçirilib.

DQİDK-dən SalamNews-a verilən məlumata görə, görüşdə müqəddəs “Qurani-Kərim”dən surələr oxunub. Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Azər Abbasov Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayının təqviminə əməl edilməsinin vacibliyini din xadimlərinin diqqətinə çatdırıb.

Çıxış edən din xadimləri və icma sədrləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. İcmaların fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda icma sədrləri və din xadimlərinə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunmuş kitablar və çap vəsaitləri, QMİ tərəfindən təsdiq edilərək dərc edilən Ramazan təqvimləri təqdim olunub.

Sumqayıt şəhərində isə Ramazan ayının başlanması ilə əlaqədar olaraq dini icmaların sədrləri, din xadimləri və fəal dindarlarla görüş DQİDK-nin Sumqayıt bölgəsi üzrə şöbəsi və QMİ-nin Sumqayıt şəhəri üzrə qazisinin birgə təşkilatçılığı ilə keçirilib.

Şöbə müdiri Azər Abbasov Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğunu qeyd edib və dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Tədbirin sonunda dini icma sədrlərini və din xadimlərini maraqlandıran suallar cavablandırılıb.

- See more at: http://salamnews.org/az/news/read/178470#.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın