Menu
Geri İrəli

Sumqayıt və Abşerondan gələn avtobuslar şəhərə buraxılmayacaq – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2016 • Baxış sayı: 2,410 dəfə • Şərh yoxdur
Share Button

Bakı-Sumqayıt yolunda yaranan  tıxacın qarşısı  alınacaq.

baki-sumqayotSözügedən yolda sıxlığı aradan qaldırmaq üçün Sumqayıt şəhəri  və Abşeron rayonundan gələn sərnişin avtobusları şəhərə buraxılmayacaq. Bu barədə ”Xəzər Xəbər” ə Bakı Nəqliyyat Agentliyinin İctimaətlə əlaqlər şöbəsinin müdri Nuridə Allahyarova deyib.

Sumqayıt və Abşerondan gələn sərnişin avtobusları şəhərə daxil olmadan  metronun “Avtovağzal” stansiyası qarşısında dayanacaq. Belə olduqda sərnişinlər həm metro, həm də şəhər daxili avtobuslardan istifadə etməklə mənzil başına rahat gedəcəklər. Bunun üçün ərazidə müəyyən işlər də görülüb.

Yəni  nəqliyyatın mübadiləsi qovşağında hər bir avtobusun öz dayanacağı olacaq. Öz dayanacağından istifadə etməyən avtobus sürücüləri və sahibkarlar isə cərimə olunacaqlar.

Nuridə Allahyarovanın sözlərinə görə, bu gündən etibarən ”Baku Bus”a məxsus 2, 13, və 14  saylı avtobusların marşrutunda da dəyşiklik edilərək, son dayanacaq  20 Yanvar  dairəsindən “Avtovağzal” metrostansiyasına qədər uzadılıb.

 “Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın