Menu
Geri İrəli

Sumqayıt və Estoniyanın Paldiski şəhərləri qardaşlaşacaqlar

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2014 • Baxış sayı: 497 dəfə • Şərh yoxdur
Share Button

14118110361024021238_600x400Sumqayıtın beynəlxalq əlaqələri genişlənir. Sumqayıt İcra Hakimiyyətində Estoniyanın Paldiski şəhəri ilə Niyyət Protokolu imzalanıb. Sənədlər Sumqayıtın şəhər statusu almasının 65 illiyi münasibətilə bayram şənlikləri başa çatandan sonra imzalanıb.
AzərTAc xəbər verir ki, “Şəhərlərin qardaşlaşması, iqtisadiyyat, ticarət sahələrində və humanitar sahədə qarşılıqlı faydalı əməkdaşlıq haqqında” Niyyət Protokolunu Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev və Paldiski merinin müavini Eldar Toonuekk imzalamışlar.
Beləliklə, tərəflər qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında iqtisadiyyat və ticarət, tikinti və sənaye, elm və texnika, mədəniyyət və təhsil, idman və səhiyyə, habelə turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edəcəklər.
Görüşün sonunda hər iki şəhərin rəhbərləri bir-birinə hədiyyələr bağışladılar, xatirə fotoşəkli çəkdirdilər.
Paldiski merinin müavini, həmvətənimiz Eldar Toonuekk qeyd edib ki, Sumqayıta şəhər statusu verilməsinin 65-illiyinə həsr edilən möhtəşəm Şəhər günü bayramı ona çox güclü təsir bağışlayıb. Onun sözlərinə görə imzalanan sənədin məqsədi Azərbaycan və Estoniya xalqları arasında qarşılıqlı anlaşmaya və dostluğa, habelə Sumqayıt ilə Paldiski arasında dostluğun inkişafına və möhkəmlənməsinə stimul yaratmaqdır.
Paldiski Estoniyanın şimalında, Fin körfəzi sahilində yerləşən kiçik bir şəhərdir. Liman və dəniz qalası kimi xidmət edən bu şəhərin əsası 1718-ci ildə, rus çarı I Pyotr dövründə qoyulub. 1764-cü ilə qədər Roqervik, 1783-1917-ci illərdə Baltik limanı adlanan Paldiski 1944-1994-cü illərdə Sovet İttifaqının bağlı hərbi şəhəri olub.
Şəhərin inzibati ərazisinə Pakri yarımadası, Böyük Pakri və Kiçik Pakri adaları, habelə onları əhatə edən dəniz daxildir. Beləliklə, ərazisinin sahəsinə görə Paldiski Estoniyanın ikinci böyük şəhəri sayılır. Şəhər sakinlərinin üçdə bir hissəsi eston dilində danışır. Paldiskidə tədrisin həm eston, həm də rus dilində aparıldığı gimnaziyalar fəaliyyət göstərir. Şəhərə mer başda olmaqla altı üzvdən ibarət Şəhər Upravası rəhbərlik edir. İdarəetmə xarakterli qərar və qətnamələr 13 nəfər seçkili üzvü olan Şəhər Məclisi tərəfindən qəbul edilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın