Menu
Geri İrəli

Sumqayıt və Gəncə universitetləri əməkdaşlıq edəcəklər

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 23 Aprel 2014 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

10462

Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının və Gəncə Dövlət Universitetinin rektorları arasında əməkdaşlığa dair müzakirə aparılmışdır.
AzərTAc xəbər verir ki, görüşdə SDU-nun rektoru Elxan Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin hər bir sahədə olduğu kimi, təhsildə də dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirməsi nəticəsində ölkənin davamlı inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsinin təmin olunduğunu bildirmişdir.
Rektor dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda innovasiyaların əhəmiyyətindən və ali təhsil sahəsində dövlətimizin həyata keçirdiyi islahatların əsas hədəflərindən söhbət açmış, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsinin aktual olduğunu nəzərə çatdırmışdır. O, söhbət əsnasında vurğulamışdır ki, bizim ən ümdə vəzifələrimizdən biri də təhsil sisteminin maddi-texniki bazasını gücləndirmək, eyni zamanda, təhsilin keyfiyyətini artırmaqdır.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rəhbəri olduğu müəssisənin tarixindən və perspektiv inkişaf planlarından söz açaraq demişdir ki, hazırda universitetdə yalnız Qərb bölgəsindən deyil, respublikanın bütün guşələrindən olan tələbələr təhsil alır.
Görüşdə iki universitet arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunmuş belə görüşlərin mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışdır.
Sumqayıt Dövlət Universiteti ilə Gəncə Dövlət Universiteti arasında elmi pedaqoji, elmi-tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət proqramının həyata keçirilməsi məqsədilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın