Menu
Geri İrəli

Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2017 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

1488305371112384388_1000x669Fevralın 28-də Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bu ölkənin Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşüb.

Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb, Tiçino kantonunun iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfər imkanları müzakirə edilib.

Eyni zamanda, Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq əlaqələrinə toxunan tərəflər Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Görüşdə yaxın aylar ərzində Luqano şəhəri merinin rəhbərliyi ilə geniş iqtisadi nümayəndə heyətinin ölkəmizə səfəri razılaşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın