Menu
Geri İrəli

Sumqayıt və Novxanı sakinləri hər an ölüm təhlükəsi ilə üz-üzə – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2015 • Baxış sayı: 928 dəfə • Şərh yoxdur
607584_460107“Novxanı bağlarının Qurtdərəsi massivindən 200-dən yuxarı  bağ evlərinin həyətlərinə  çox təhlükəli, hər an qırılma ehtimalı olan  35 min kilovatlıq yüksək gərginlikli Ceyranbatan-Goradil elektrik xətti keçir”.  FaktXəbər-in verdiyi məlumata görə, orada yaşayan sakinlərin adından şikayət məktubu yollayan Samirə Məmmədli belə deyir. Onun sözlərinə görə, bu xəttin  başqa yerə köçürdülməsi və ya kabelləşdirilməsi mümkündür: «Lakin sakinlərin dəfələrlə şikayət etməsinə baxmayaraq, heç bir tədbir görülmür, məktublara baxılmır, get-gələ salınırlar».
Samirə xanımın sözlərinə görə, şikayətçilər arasında  müharibə veteranları, Qarabağ qaziləri və şəhid ailələri var: «Biz neçə illərdir ki, min bir əziyyətlə özümüzə ev qurmuşuq. Sakinlərin özləri, uşaqları, nəvə-nəticələri bu xəttin  altında yaşayırlar. Bu xətlər illər öncə vaxtını başa vurub. Elektrik naqilləri, işıq dirəkləri çürümüş vəziyyətdədir. Hər an bu xətlərin qırılma ehtimalı var.»
Sumqayıt sakini FaktXeber.com-a həmçinin onu da bildirib ki, bu torpaqlar sovet dövründən verilib: «Bu ərazilərin sənədləri bağlar idarəsinin verdiyi, indi isə bələdiyyəyə keçmiş bağ sənədidir. Bu xəttə görə indi bu bağlara sənədləşdirə, yəni özəlləşdirə, kupça ala bilmirik».
Samirə xanım sakinlərin adından bu əraziyə baxan dövlət qurumlarından şikayət edərək, onların nə maraq güddüyünü anlamadığını deyir. O, həmçinin imkanlı şəxslərin həyətindən bu xətlərin çıxarıldığını da xüsusi vurğulayıb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın