Menu
Geri İrəli

“Sumqayıt xəstəxanasında olan yaralı tələbələrə diqqət və qayğı ilə yanaşılıb” – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 789 dəfə • Şərh yoxdur

xestexanaMəlum olduğu kimi, martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza nəticəsində 6 nəfər həyatını itirmişdi. Həlak olanların hamısı Sumqayıt Dövlət Universitetinin tələbələri idi. Qəzada həlak olanlarla yanaşı, həm də onlarla yaralı var idi. Yaralıların bir çoxu Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişdi. 

Bu gün sosial şəbəkələrdə yaralı tələbələrdən biri olan Aytən Quluzadənin bacısı Ayşən Quluzadə yaralı bacısına qarşı biganə yanaşıldığı ilə bağlı paylaşım edib. Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra hakimiyyətindən bildirilib ki, Sumqayıt xəstəxanasında olan yaralı tələbələrə diqqət və qayğı ilə yanaşılıb: ”Hadisə baş verdiyi andan etibarən hadisə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun diqqət mərkəzində olub. İcra başçısı yaralı tələbələrə xəstəxanada baş çəkib və bununla bağlı xüsusi tapşırıq verib.  Yaralı tələbələrin vəziyyəti  ilə hər gün maraqlanıb və onlara xüsusi qayğı ilə yanaşılıb. Bu müddət ərzində şəhər rəhbərinin göstərişinə uyğun olaraq İcra Hakimiyyətinin nümayəndələri də mütəmadi olaraq xəstəxanada olub və yaralıların vəziyətinə nəzarət edib.” 

Musavat.com-un əməkdaşı Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Rauf Sadıqovla da əlaqə saxlayıb. Baş həkim ittihamlara belə cavab verdi: ”Bizim xəstəxanaya tez-tez ağır xəstələr gətirilir və aparılır. Gecə-gündüz işləyirik. Bəhs edilən xəstə artıq sağalmaq üzrədir. Bəli, məcbur olub palatasına başqa xəstə qoyulub. Buna görə narahatlıq ola bilər. Amma diqqətdən kənarda qalmaq deyə bir şey yoxdur. Həm biz, həm icra hakimiyyəti, həm də səhiyyə şöbəsi tərəfindən Aytən xanıma diqqət var”.

Baş həkim xəstənin başqa xəstəxanaya köçürüləcəyini deyib: “Bu gün səhiyyə şöbəsinin müdiri Nəriman həkim gəldi və bir yerdə qərar verdik ki, xəstə Sumqayıt şəhər 1 nömrəli xəstəxanaya köçürülsün. Əslində evdə də müalicə oluna bilər. Amma biz diqqətdə saxlamaq üçün 1 nömrəli xəstəxananın nevroloji şöbəsinə köçürməyə qərar verdik. Heç bir problem yoxdur. Xəstə diqqətimizdədir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın