Menu
Geri İrəli

Sumqayıt xəvariclərinin əmiri: “Başa düşdüm ki, bunun axırı pis qurtaracaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2014 • Baxış sayı: 870 dəfə • 1 şərh

mehkeme5Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında keçən il dekabrın 11-da baş verən silahlı insidentlə bağlı başlanmış cinayət işinin məhkəməsi başlayıb.Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən xəvariclərin heç biri onlara elan olunan ittihamlarla özlərini təqsirli bilməyiblər.

Sonra prosesdə təqsirli bilinən şəxslərin ifadəsi alınıb. Həbs edilən Elçin Əkbərovun ifadəsi onun ilkin istintaqa verdiyi ifadə ilə üst-üstə düşməyib.

Sumqayıtda xəvariclərin əmiri kimi tanına Elçin Əkbərov isə ifadəsində 2005-ci ildən ibadətlə məşğul olduğunu deyib: “Qıldığım namaz sünni təriqətinə məxsusdur, məzhəbin rəsmi adı “əhli sünnə vəl cəmaə” adlanır. Sumqayıt şəhərində yaşayan əqidə qardaşlarımla münasibətim həmişə yaxşı olub, aramızda ayrı-seçkilik olmayıb. Onlara hər hansı bir formada rəhbərlik etməmişəm, göstərişlər verməmişəm. Dostlarım və əqidə qardaşlarım arasında hər hansı vəzifə, yəni dində nəzərdə tutulan hər hansı bir camaatın əmiri və rəhbəri olmamışam. Elşən Musayevi tanısam da düşmənçiliyim olmayıb. Elşən də mənim kimi eyni əqidənin davamçısıdır, əhli sünnə kimi namaz qılır. O, Sumqayıt şəhərində reklam işləri ilə məşğul olur. Dedim ki, əqidə qardaşlarımızla söhbət edib və hər şeyi sülh yolu ilə həll edəcəyik”.

E.Əkbərovun sözlərinə görə, dekabrın 11-də günorta saatlarında ət məmulatları mağazasında olarkən dostu Elmar Məmmədli “Hamza” ləqəbli Elşən Musayevlə aralarında dini mövzu ilə bağlı söz mübahisəsinin düşdüyünü, sonradan zəng vuraraq ona hədə-qorxu gəldiyini deyib: “Elşənin hərəkəti Elmana çox pis təsir etdiyindən qəzəblənmişdi. Başa düşdüm ki, bunun axırı pis qurtaracaq, ona görə də bu məsələyə aydınlıq gətirmək və onları barışdırmaq istədim. Elmara dedim ki, sən çəkil kənara, əqidə qardaşlarımızla söhbət edib və hər şeyi sülh yolu ilə həll edəcəyik. Elşənin təklifi ilə çay evinə görüş təyin etdik. Bu barədə Zaur və Elnurla da söhbət etdim. Elnur çay evində çoxlu adam olduğunu, ora getməməyi məsləhət gördü. Amma Zaur israrla gedəcəyini dedi, mənə qulaq asmadı. Bundan sonra Zaur Paşayev, Elmar Məmmədli, Maqsud, Anar Rəhimov və Elçin Mirzəyev çay evinə tərəf getdilər. Hava qaranlıq idi. Bir müddət sonra mən, Əhməd Salmanov, Amil Tağıyev, Vüqar Abdullayev və Firudin Musayev piyada onların arxasinca çay evinə getdik. Ora çatmağımıza təxminən 20-25 metr qalan atəş səsini eşitdim və oradan uzaqlaşdıq. Atəşin kim tərəfindən açıldığını görməmişəm. Nə məndə, nə də dostlarımda hər hansı bir silah olmayıb. Hadisə zamanı Elmar Məmmədli və Anar Rəhimova bıçaq xəsarətlərini kimlərin yetirdiyini bilmirəm. Axtarış zamanı yaşadığım mənzildən aşkar edilən iki ədəd qumbara mənə məxsus deyil. Ora bunu polis əməkdaşları tərəfindən qoyulub. Əgər mənim evimdə silah olsaydı mən zəng edib onu yox elətdirərdim ”.

Digər saxlanılan dindarlarda bir-bir məhkəmədə ifadə verib. Onlar ilkin istintaq verdikləri ifadələri təsdiqləməyiblər.

Qeyd edək ki, məlum olaylarla bağlı saxlanılan Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilovun işinə Sumqayıt məhkəməsi baxır. Hər 3 şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilənlərdən fərqli olaraq sələfi təriqətinin üzvüdür.

Onu da qeyd edək ki, hadisə ötən il dekabr ayının 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib.

Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar.

Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Həbs olunanların arasında xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb

Məhkəmə prosesi oktyabr ayının 21-də davam etdiriləcək.

Facebook Şərhləndirmə:

“Sumqayıt xəvariclərinin əmiri: “Başa düşdüm ki, bunun axırı pis qurtaracaq”” yazısına bir cavab

  1. Rohit deyir:

    - November 26, 2011 21:04Hər ikisi eyni ildə, eyni ayda vəfat edib. Amma Stiv qəhrəman kimi qəbul olundu ama Denis dfcnya tərəfindən rədd edlidi.Stivsiz İphone, İpad, Mac və Apple komputerleri yoxdu. Ama bu bf6yfck bir şeydimi? Yəni, mən Komputer elmi sahəsindəyəm və həyatımda apple məhsulunu istifadə etməmişəm və kifayət qədər yaxşıdı hər şey.Ancaq FIKIRLESHINDenissiz C (proqramlashdirma dili) yoxdu, Eger C yoxdusa C++ yoxdu, bu da UNIX, WINDOWS, LINUX, CRYSIS yoxdu demekdi ve bashqa gozel oyunlar, photoshop, FIREFOX (internet explorer) VLC, FL Studio, Playstation, XbOX ve davam eden siyahi yoxdu demekki. Dunyadaki Proqramlarin 90%-i C ve C++ de yazilir. Sizce Denis hormete layiq deyil???PAYLASHIN ZEHMET OLMAZSA

Şərhinizi yazın