Menu
Geri İrəli

“Sumqayıt” “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başladı

Müəllif: Sumqayitxeber.com • Tarix: 16 Avqust 2015 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

686

Premyer Liqanın ilk turunda səfərdə “Rəvan”la heç-heçə edən (0:0) “Sumqayıt” 2-ci turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlığına start verib. Stadium.az xəbər verir ki, dünən “Kapital Bank Arena”da baş tutan axşam məşqində komanda həm fiziki, həm də toplu çalışmalara yer verib.

“Rəvan”la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.

“Sumqayıt” – “Xəzər Lənkəran” oyunu 16 avqust saat 21:00-da “Kapital bank Arena”da keçiriləcək. (klubun rəsmi saytına istinadən)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın