Menu
Geri İrəli

Sumqayıt YAP GB-nin sədri dəyişdirildi -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2015 • Baxış sayı: 961 dəfə • Şərh yoxdur

11059793_959149067452955_6082928781271257061_nBu gün Sumqayıt şəhər Gənclər Evində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev, şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elşən Baxşəliyev iştirak edib.

Konfransa Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.

Tədbiri açıq elan edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev bildirib ki, gündəlikdə başlıca olaraq əsas üç məsələ dayanır. Bunlardan Sumqayıt YAP GB-nin ötən dövr ərzindəki hesabatı, təşkilatı məsələlər və YAP GB-nin aprel ayında keçiriləcək ümumrespublika IV hesabat-seçki konfransına nümayəndələrin seçilməsi təşkil edir.

Təşkilat sədri bildirib ki, artıq ötən ilin sonundan etibarən YAP GB-nin şəhər və rayon təşkilatlarında ümumrespublika IV hesabat-seçki konfranslarının keçirilməsinə start verilib: “Məhz bu məqsədlə də YAP Sumqayıt təşkilatı Gənclər Birliyinin nümayəndələri də öz hesabat-seçki konfransını keçirirlər. Konfransa 120 nümayəndə seçilib. Hazırda bu konfransın işində 116 nəfər iştirak edir. Beləcə konfrans səlahiyyətlidir”.

Sonra Sumqayıt YAP GB-nin yeni sədri Elvin Məmmədzadəyə söz verilib. O, GB-nin ötən dövr ərzindəki gördüyü işlərdən danışıb: “1992-ci ildə uçurum kənarında olan ölkəmizi yalnız Ümummilli Lider Heydər Əliyevin xilas edəcəyini başa düşən bir qrup vətənpərvər şəxslər öz azadlığını hətta həyatı üçün yarana biləcək heç bir təhlükədən qorxmayaraq Naxçıvan MR-a gedərək məhz Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaratdılar. YAP o vaxtki mövcud vəziyyətə bütün Azərbaycan xalqının mənafeylərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır. Qısa bir zamanda YAP xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq böyük siyasi qüvvəyə çevrildi. YAP şərəfli və çətin yol keçərək ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir və müstəqil dövlətimizin qüvvətlənməsində, qüdrətlənməsində və inkişafında müstəsna rol oynayır. Ulu Öndərin dünən, bu günün və gələcəyin partiyası dediyi YAP, yarandığı gündən Ümummilli Liderin siyasi kursuna sadiqliyi, dövlət qarşısında xidmətləri, ölkənin davamlı sürətli inkişafındakı uğurları, atdığı imzalarla cəmiyyətdəki nufuzunu ildən-ilə möhkəmləndirir. YAP bu gün öz sıralarında 650 minə yaxın ən layiqli nümayəndələrini birləşdirir”.

11102903_959140004120528_7712363152306127265_nSədr bildirib ki, ölkəmizdə gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolu, ictimai-siyasi proseslərdə fəal iştirakı ölkəmizin bütün sahələrində daha da inkişafına onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olub: “Hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olub, eyni zamanda ölkə rəhbərinin bu gün bütün sahələrdə olduğu kimi gənclər siyasətini uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərib. YAP GB öz sıralarında Respublikanın ən güclü intellektual səviyyəyə malik savadlı, öz Vətənini, millətini sevən cəsarətli gəncləri birləşdirib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərimiz ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Siyasi, iqtisadi, hümanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır”.

Vurğulanıb ki, Sumqayıt şəhərində gənclərin davamlı inkişafı üçün görülən işlər,  onların asudə vaxtının səmərəli keçirilməsi üçün şəhər İcra Hakimiyyəti, YAP Sumqayıt şəhər təşkilatı, şəhər Gənclər və İdman baş idarəsinin, Təhsil şöbəsinin  təşkilatçılığı ilə tədbirlər keçirilib: “Bu tədbirlərin məqsədi fiziki və mənəvi sağlamlığı, onların savadlı, geniş dünyagörüşə malik vətənpərvər kimi yetişməsi əsas hədəf olub. Bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. YAP GB ilə bütün tədbirlərdə yüksək fəallıq nümayiş etdirən Sumqayıt gəncləri keçirilən tədbirlərin nümunəvi iştiraklarına görə partiya rəhbərliyi tərəfindən Fəxri fərmana layiq görülüblər. “Yeni Azərbaycan”, “SƏS” və “İki Sahil” qəzetlərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-ci ildönümü münasibətilə keçirilən media nümayəndələri və YAP-ın Bakı şəhəri üzrə təşkilatları arasında futbol turnirində hakim Partiyanın Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi 1-ci yer tutaraq diplom və kubokla mükafatlandırılıb”.

Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elşən Baxşəliyev diqqətə çatdırıb ki, bu gün sözün həqiqi mənasında Azərbaycan gəncliyinin müstəqil, inellektli cəmiyyətin aparıcı qüvvə kimi formalaşması birmənalı olaraq dövlətin apardığı gənclər siyasətinin nəticəsində mümkün olub: “Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin məşğulluğunun təmin edilməsi, onların mənfeylərinin qorunması dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Son illərdə gənclərlə bağlı görülən işlər həqiqətən də xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Bu gün dünyada baş verən siyasi hadisələrin fonunda Azərbaycan doğurdan da inkişaf edir. Təbii ki, bu, cənab Prezidentin apardığı siyasətin nəticəsində mümkün olub. 2015-ci ildə dövlət başçısının iştirakı ilə Sumqayıt Gənclər Evinin açılışı sumqayıtlı gənclərə bir hədiyyə idi”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Elgin Həbibullayev isə tədbir iştirakçılarını SŞİH-nin başçısı Eldar Əzizovun adından salamlayaraq konfransın işinə uğurlar arzulayıb: “Biz bu gün hamamız dünyada gedən prosesləri görürük və orada baş verən xaosların şahidi oluruq. Hətta bəziləri bu prosesləri I Dünya Müharibəsində baş verənlər kimi səciyyələndirirlər. Bu gün artıq müxtəlif dövlətlər öz iddialarını açıq şəkildə ortaya qoyurlar. Təbii ki, belə bir anda hər bir ölkənin gənclərinin üzərinə böyük məsuliyyət düşür. İndi ikili standartlardan çox danışırlar. Belə götürdükdə ikili standart anlayışı özü XIX əsrdə yaranıb. Amma sevindirici haldır ki, bütün bunların fonunda ölkəmiz günü-gündən inkişaf edir və beynəlxalq arenada öz sözünü deyir. Heç şübhəsiz ki, bu kursun dayağını Ümummilli Lider Heydər Əliyev qoyub”.

Daha sonra təşkilatı məsələlərə baxılıb. Sumqayıt YAP GB-nın yeni sədri seçilib, onun müavinləri və GB-nın şura və idarə heyətlərinin üzvləri müəyyənləşib. Eləcə də YAP GB-nın aprel ayında keçiriləcək ümumrespublika IV hesabat-seçki konfransına nümayəndələr seçilib.

Sonda YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransının qətnaməsi oxunub və Prezident İlham Əliyevə müraciət qəbul olunub. Xatırladaq ki, bundan öncə GB-nin sədri funksiyasını Elmar Məmmədov icra edib.

Ceyhun Rasimoğlu, sia.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın