Menu
Geri İrəli

Sumqayıt YGEŞ-də təmir işləri aparılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2016 • Baxış sayı: 2,525 dəfə • Şərh yoxdur
Share Button

elektrikenerji3_89“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, cari ilin son üç ayı ərzində “Sumqayıt” YGEŞ-in balans mənsubiyyətinə aid olan, Azərbaycan və Rusiya enerjisistemlərinin paralel rejimdə işləməsində əhəmiyyətli rola malik olan 330 kilovoltluq (kV) “Yaşma” yarımstansiyasında 330 kV-luq IV bölmədə bir neçə eleqaz açarı, eyni zamanda 220 kV-luq “Yaşma” hava xəttinin (HX) eleqaz açarları və onların elektrik avadanlıqları təmir və sınaq edilib. Paralel olaraq rele mühafizəsi və avtomatika (RMA) qurğuları da yoxlanılıb. Bütün bunlarla yanaşı, içməli su xəttinin müəyyən hissəsi və yarımstansiyanın hasarı da təmir edilib.

Hesabat dövründə 220 kV- luq “Sənaye Qovşağı” yarımstansiyasında  220 kV- luq dolayı eleqaz açarı (DEA), 1-ci “Zabrat”, “Yaşma” HX-lərinin eleqaz açarları və onların elektrik avadanlıqları təmir və sınaq edilib, rele mühafizəsi, avtomatikası yoxlanılıb. Analoji işlər 110 kV-luq dolayı şin sistemində, 110 kV- luq “DEA”, 2-ci “Sənaye Qovşağı”, 110 kV-luq 1-ci “Xırdalan”, 1-ci “Sumqayıt” HX-lərində də həyata keçirilib.

Qeyd edək ki, həmin bu dövrdə təmir qrafikinə uyğun olaraq YGEŞ-in balans mənsubiyyətinə aid olan 110 kV- luq “Sumqayıt-3”, “Sumqayıt-2”, “135 saylı”, “Görədil”, “Masazır” və digər bir neçə yarımstansiyada da təmir işləri görülüb.  Bütün bunlarla yanaşı, həmin bu dövr ərzində 110 kV-luq “Sumqayıt-3” yarımstansiyasında yanğınsöndürmə siqnalizasiya qurğusu tamamilə yenidən qurulub.

Hava xətləri üzrə görülən işlərə gəldikdə isə mənbə onu da bildirdi ki, balans mənsubiyyətinə daxil olan EVX-lərinə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 330 kV-luq 1-ci, 8-ci “Abşeron”, 220 kV- luq “Yaşma”, 7-ci “Abşeron”, 110 kV- luq 1-ci, 5-ci “Sumqayıt” və digər hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın