Menu
Geri İrəli

Sumqayıt yolunda ağır qəza baş verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2011 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur

Sumqayıt yolunda bir avtobus və bir neçə minik maşını toqquşub. 

Anspress xəbər verir ki, bir qədər əvvəl Bakı-Sumqayıt şossesində ağır qəza baş verib. Sumqayıt istiqamətində hərəkət zolağında bir neçə maşın toqquşub. Toqquşan avtomobillərdən biri avtobusdur, digər üçü isə minik maşınlarıdır. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib.Qəzanın təfərrüatları dəqiqləşdirilir.İlkin məlumatlara görə, qəzada iştirak edən avtobus 113 saylı marşrutla hərəkət etsə də, hadisə zamanı içərisində sərnişin olmayıb. Avtobus qaraja gedirmiş.

Qəzada altı maşın iştirak edib. Avtobus eyni istiqamətdə hərəkət edən bir neçə maşını arxadan vurub və nəticədə zəngirvari qəza yaranıb. Hadisə şahidləri avtobus sürücüsünün sərxoş olduğunu bildirsələr də, bu məlumat rəsmən təsdiqlənməyib.

Yol polisi əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan ikisinin xəsarəti daha ağır olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın