Menu
Geri İrəli

Sumqayıt yolunda qəza: yol qırmızıya boyandı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Share Button

Bu gün səhər saatlarında Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verib. sumqayitxeber.com milli.az-a istinadən verdiyi məlumata görə, magistralın Saray qəsəbəsi yaxınlığından keçən ərazisində, Saray Dövlət Yol Polisi postunun yaxınlığında Rusiya dövlət nömrə nişanlı “Chery Tiggo” markalı avtomobil Azərbaycan dövlət nömrə nişanlı “Qazel” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Qazel”in daşıdığı pomidor yola dağılıb. Bu səbəbdən yol qırmızı rəngə boyanıb.
Chery Tiggo markalı avtomobilin isə mühərrik hissəsi deformasiyaya uğrayıb. Həmin avtomobilin sərnişinlərindən biri yüngül dərəcəli xəsarət alıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın