Menu
Geri İrəli

Sumqayıt yolunda tıxac nə vaxt bitəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2015 • Baxış sayı: 815 dəfə • 2 şərh

“Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi nəticəsində iri avtobuslar, müəyyən marşrutlar ləğv olunacaq”.

1433536912Bunu Axar.az-a nəqliyyat eksperti Məzahir Rüstəmov Bakı-Sumqayıt qatarının istifadəyə verilməsilə bağlı açıqlamasında bildirib:

“Düşünürəm ki, bunun da nəticəsində iri avtobuslar, müəyyən marşrutlar ləğv olunacaq. Bakı-Sumqayıt arasında müəyyən şəxslər avtobuslardan yox, taksilərdən və ya taksi xidməti göstərə biləcək avtomobillərdən imtina edəcəklər. Bu da təbii ki, Bakıda tıxacların qarşısının alınmasına təsir göstərəcək. Sovet dövrünün təcrübəsindən də bəllidir ki, belə elektrik qatarları öz sözünü deməyi bacarır. Bunun baş verməsi sevindirici haldır”.

Nəqliyyat eksperti Azər Allahverənov isə Bakı-Sumqayıt qatarından istifadə zamanı vaxt itkisinə qənaət olunacağını qeyd edib:

“Şübhəsiz ki, Bakı-Sumqayıt arasında olan yol infrastrukturunda bu gün müəyyən gərginliklər yaşanmaqdadır. Müəyyən pik saatlarında tıxaclar olur. Bakı və Sumqayıtı əlaqələndirən sürətli qatar istifadəyə verilən zaman əhalinin müəyyən bir qismi mütləq şəkildə bu sürət qatarlarına müraciət edəcəklər. Ən əsası ona görə ki, burada vaxt itkisi olmayacaq, digər tərəfdən bu qatarlar kifayət qədər komfortlu qatarlardır. Burada gələcəkdə wi-fi sisteminin quraşdırılması nəzərdə tutulur.

Tutaq ki, şəhərin mərkəzində olan şəxs Sumqayıta gəlməlidir. O, əvvəlcə 20 Yanvara, oradan Avtovağzala gəlməli, Avtovağzalda isə Bakı-Sumqayıt avtobusuna minməlidir. Bu, aşağı-yuxarı saat yarım vaxt itkisinə səbəb olacaq. Amma sürət qatarı istifadəyə verilən zaman həmin şəxs Bakı şəhərinin mərkəzində yerləşən Dəmiryol vağzalına yaxınlaşır, orada sürət qatarına minir və 40 dəqiqədən sonra Sumqayıtda olur. Bu, çox müsbət hal ola bilər və müsbət nəticələr verə bilər. Ən azından bu, müəyyən mənada tıxacın azalmasına, yol-nəqliyyat vasitələrinin intensivliyinin azalmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, qatarlarda sutkada təxminən, 30-35 min sərnişinin daşınması gözlənilir. Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb. Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.

“Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dəmir yolunun ən ucuz nəqliyyat vasitəsi olduğunu, gediş haqqının isə 1 manatdan çox olmayacağını bildirib.

Facebook Şərhləndirmə:

“Sumqayıt yolunda tıxac nə vaxt bitəcək?” yazısına 2 cavab

  1. Mübariz deyir:

    Bizim camaat evindən çıxaraq, yolun kənarında durub avtobusu saxladırsa, inanmıram ki, qatarlardan istifadə edən – vaxt itirərək d.y. vağzalına gedən – sərnişinlərin sayı 30-35 minə çatsın. Bunun üçün gərək gediş haqqı çox ucuz olsun.

  2. şərh deyir:

    Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək.
    Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə – “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları
    var.
    ——————————-
    Onun heç bir effekti olmayacaq!
    Çünki, Bakıdan Sumqayıta -23 stansiyada dayanacaq nə deməkdir??????
    Amma, Bakı – Sumqayıt yolunu, deqiqini desəm
    Bakıdan üzü şimala tərəf olan istiqamətdə Bakı – Quba yolunu Boşaltmaq üçün
    Yaxşı olardı Bakı – Xırdalan – Sumqayıt – Quba yolu istiqamətində Rusiya federasiyası sərhəddinə qədər olan iri rayonlara Sürətli Qatar açaydılar!
    Sürəti də ,
    məsələn Qubadan -Bakıya Avtomobil neçe
    saata qet edirse, Qatara da qoy o sürəti qoysunlar!
    Ozude her yarım saatdan bir hereket etsə!
    Görün ne qeder Sernişin ondan istifadə edər!

Şərhinizi yazın