Menu
Geri İrəli

“Sumqayıt”a AFFA-dan zərbə

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2013 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt” futbol komandasının birdən-birə 3 futbolçusu Topaz Premyer Liqasında XVI turun “Bakı” ilə oyununda hakimləri təhqir edib. lent.az-ın məlumatına görə, onlardan biri kapitan Samir Abasov olub.

 Abasov daha öncə “Neftçi” ilə görüş zamanı da eyni hərəkətə yol verərək, baş hakim Fariz Yusifovun ünvanına nalayiq ifadələr işlətmiş və bu səbəbdən, AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya edilmişdi. İndi isə təcrübəli müdafiəçi Rauf Cabbarovun başçılıq etdiyi hakimlər briqadasını təhqirə məruz qoyub. Özü də bu dəfə o, tək olmayıb. Kapitana Slavik Alxasov da qoşulub. İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq cəzaya məhkum edib.

 Abasovdan əlavə, “Bakı” ilə matçın 90+2-ci dəqiqəsində Ruslan Qurbanov da yan xətt hakimini təhqir edərək, birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu da 4 oyunluq diskvalifikasiya edib. 3 futbolçusunun intizamsızlığı isə “Sumqayıt”a üst-üstə 12000 manat cərimə bahasına başa gəlib.

 XVI turla bağlı digər cəzalara gəldikdə, “Simurq”la matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ”yə, “Qarabağ” – “Neftçi” oyununda hərəyə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki kluba, “İnter”lə görüşün 43-cü dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən “Xəzər Lənkəran”a 1000 manat cərimə kəsilib.

 Qeyd edək ki, “Neftçi” ilə matçdan sonra “Sumqayıt”ın prezidenti Kamran Quliyev hakimlərdən şikayətlənərək komandasını çempionatdan çıxaracağı ilə hədələmişdi.

futbol

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın