Menu
Geri İrəli

Sumqayıta ayrılan 3 milyon vəsait hara xərclənəcək?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

sumqayit-30

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə 3 oktyabr səfərindən sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılmışdı.

Ötən gün Sumqayıt şəhər İcra hakimiyyətində 9 ayın yekunlarına dair keçirilən hesabat yığıncağında bu vəsaitin sərf olunacağı sahələr açıqlanıb.

İcra hakimiyyəti başçısının müavini Sahib Quliyev hesabat məruzəsi ilə çıxış edərək Sumqayıtda aparılan islahatlara toxunub. İcra başçısının müavini bildirib ki, 3 milyonun 1,5 milyon manatı Nəsimi parkının təmirinə, 0,5 milyonu Heydər Əliyev prospekti boyunca lampaların dəyişdirilməsinə, xiyabanların abadlaşdırılmasına, 0,5 milyonu Səməd Vurğun küçəsində səkilərin əsaslı təmirinə, 0,5 milyonu isə məhəllədaxili yolların əsaslı bərpasına sərf olunacaq.

Hesabat yığıncağında bildirib ki, Sumqayıt şəhər İcra hakimiyyətinin “A+A” Şirkətlər Qrupuna 700 min manatı borcu var. xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın