Menu
Geri İrəli

Sumqayıta yeni avtobuslar gətiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2014 • Baxış sayı: 1,146 dəfə • 2 şərh
Share Button

Sumqayıt şəhərinə yeni avtobuslar gətiriləcək. Nəqliyyat nazirliyinin göstərişilə 2015-ci ilin yanvar ayının 3-ə kimi şəhərin bütün xətt üzrə hərəkət edən marşrutunda nə qədər köhnə avtobus və marşrut taksilər var hamısı çıxarılacaq. Əvəzində isə, xəttə yeni avtobuslar buraxılacaq. Bu barədə məlumatı xəbərlə.com-a Sumqayıt şəhər nəqliyyat deportamentinin sədri Anar Səfərli verib.Şəhərə gətiriləcək avtobusların hansı markada olması və dəqiq sayı barədə ətraflı məlumat deportamentə daxil
olmayıb.Deportament sədrindən aldığımız daha bir xəbəsumqayit_0001rə görə Sumqayıt bağları və “Saray”qəsəbəsinə gedən marşrutlar da yeni avtobuslarla əvəz ediləcək.Əgər yeni müasir tipli avtobuslar bağlar yoluna girə biləcəksə, o halda bağlara gedən avtobusların da dəyişilməsi mümkün ola biləcək.Yeni ildə şəhərimizin küçələrində müasir tipli və təzə avtobuslar görmək çox sevindiricidir.Avtobusların yenilənməsi nəqliyyatda hər gün rastlaşdığımız problemlərin həll edilməsinə təsir edəcəkmi? Sürücülərin sərnişinlərlə kobud münasibəti, sürücülərin bir-birilə etik çərçivəyə sığmayan mübahisələri,sürət həddini aşmaq, sərnişinlərin avtobulara rahat minib-düşmə bilməmələri,dayanacaqlar olduğu halda dayanacaqdan kənar yerlərdə avtobusların saxlanılması və s. kimi problemlər sumqayıtlıların nəqliyyatda üzləşdikləri gündəlik həyat hadisələrinə çevrilib.Anar Səfərli nəqliyyatda bu kimi problemlərlə rastlaşan sərnişinlər şikayətləri ilə bağlı şəhər nəqliyyat deportamentinə və avtobusların içərisində göstərilən “qaynar xətt” in telefon nömrələrinə zəng edə biləcəklərini bildirdi.Amma bir çox sürücülər belə hesab edirlər ki, sürücünün xəttdən uzaqlaşdırılmsı və ya hər hansı bir şəkildə cəzalandırılması çıxış yolu deyil.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıta yeni avtobuslar gətiriləcək” yazısına 2 cavab

  1. AKİF deyir:

    2 n-li avtobusun marşrutunun dəyişdirilməsi demək olar ki, tam məntiqsizdir. Belə ki, 6-cı, 13-cu,16-сı və Corat qəsəbəsinin bir qisim ərazisini tam marşurutsuz qoyaraq 2 N-li avtobusun marşrutu onsuz da çoxlu digər marşrutlar olan yollara və küçələrə dəyişdirilib. Bu da haqlı olaraq əhalinin narazılığına səbəb olur. Belə ki, indi yaşlı insanlar,hamilə qadınlar,xəstələr öz evlərinə çatmaq üçün 2 km-ə yaxın məsafəni piyada getməyə məcbur olurlar
    Like · Reply · Just now

  2. AKİF deyir:

    Hörmətli Zakir müəllim! Mən 1975 ci ildən Sumqayıt şəhərinin sakiniyəm. İndi 13 mkr-da yaşayıram.Qeyd etmək istəyirəm ki,siz Sumqayıt şəhərində icra başçısı kimi f’əaliyyətə başlayan vaxtdan şəhərimizin abadlığı, gözəlliyi üçün , şəhər sakinlərinin istirahəti ,rahatlığı üçün parklar,yollar salınıb.Şəhərimiz daha gözəlləşib. buna görə də mən bir yaşlı sakin kimi sizə həm öz adımdan,ailəm adından və bütün şəhər sakinləri adından sizə minnətarlığımızı çatdırıram. Bir də sizdən çox-çox xahiş edirik ki, 2 saylı avtobusun köhnə marşrutu bərpa olunsun ya da heç olmasa həmin marşruta digər avtobus buraxılsın,çünki avtobusdan düşüb evə getmək üçün 1-2 km məsafəni piyada getmək məcburiyyətində oluruq. Bu da yaşlı insaniar, uşaqlı gadınlar və s. üçün çətindir. Qeyd etmək istəyirəm ki, bu marşrut çox böyük ərazini əhatə edir. bunlar 6-cı mkr dəniz tərəfdəki ərazisi,Corat qəsəbəsinin 6 mkr-la və 13 mkr-la kəsidiyi ərazilər , 13 mkr-un 16 mkr-la kəsişdiyi ərazilər

Şərhinizi yazın