Menu
Geri İrəli

Sumqayıtda əhalinin 64%-dən çoxu su sayğacı ilə təmin edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2010 • Baxış sayı: 188 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində güzəştsiz əhalinin 64,8%-i su sayğacı ilə təmin edilib.

Bu barədə “APA-ECONOMICS”ə “Azərsu” ASC-nin Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib.

Məlumata görə, 2010-cu ilin avqust ayında şəhərin güzəştsiz əhalisinə 416,6 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 260,5 min manat dəyərində ödəniş olub ki, bu da 62,5% təşkil edir. Ödənişdə iştirak etmiş abanentlərin sayı isə 43776 nəfərdir.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 68400 nəfər abonent vardır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın