Menu
Geri İrəli

Sumqayıtda əlil uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur
Share Button

elils

Bu gün Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Əlil uşaqların sosial inteqrasiyası”layihəsindən olan əlil uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirildi.

Tədbirdə 40-a yaxın əlil uşaq və onların valideynləri iştirak edirdi. İlk olaraq tədbirin aparıcısı Hüseyn Səlimov tədbiri açıq elan edərək əlil uşaqları, o cümlədən tədbirdə iştirak edən qonaqları salamladı.Sonra isə tədbirin təşkil olunmasında böyük əməyi olan Tələbə Gənclər Təşkilatının sədri Aytən təşəkkürlərini bildirmişlər.Tədbirdə əlil uşaqlar musiqi sədaları altında rəqs etmiş və klounlar tərəfindən biri birindən maraqlı əyləncəli oyunlar nümayiş olunmuşdur.

Sonda isə Sumqayıt Dövlət Universitetinin tələbələri əlil uşaqlara öz hədiyyələrini təqdim etmiş Nəciyevaya söz verildi.Dərhal sonra isə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmova və Sumqayıt Dövlət Universitetinin Azərbaycan Tarixi Kafedrasının baş müəllimi Elmar Xəlilov cıxış edərək əlil uşaqları salamlamış, tədbirin keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildirmişlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın