Menu
Geri İrəli

Sumqayıtda əmək fəaliyyətinə başlaayan eks-spikerin 66 yaşı oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2013 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur
Bu gün Azərbaycanın eks-spikeri Rəsul Quliyevin doğum günüdür. Onun 66 yaşı tamam olur.
Rəsul Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvan MSSR-in Qazançı kəndində anadan olub.
Atası Bayram Quliyev hesabdar vəzifəsində işləyib, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olub.
Rəsul hələ balaca ikən – 9 yaşında atası vəfat edibr. Çoxuşaqlı ailənin maddi problemlərini ödəmək üçün kiçik yaşlarından o, digər qardaşları ilə birlikdə çalışmaq, evə qazanc gətirmək məcburiyyətində qalır.
1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olur.
resulTələbəlik illərində ədəbiyyata bağlı olduğundan kiçik şerlər yazmağa başlayır. Müəllifi olduğu bir neçə şer o dövrün radio efirində tez-tez səsləndirilir.
İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir. Elə buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir. Komsomolun şəxsi vərəqəsində ona şiddətli töhmət vurulur və bir neçə günlük həbsdən sonra 3 ay oxuduğu instituta buraxılmır.
1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Elə həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.
1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda yenə də işçi olaraq əmək fəaliyyətini davam etdirir. Bacarığına, zəhmətkeşliyinə görə tez bir zamanda kollektivin rəğbətini qazanır. Buna görə də rəhbərlik tərəfindən 1972-ci ildə qurğu rəisi təyin edilir.
1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.
1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat seçilir. 1988-ci ildə SSRİ-də başlayan yenidənqurma və aşkarlıq siyasətinin ən aktiv müdafiəçilərindən olub.
1989-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir.
1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir.
1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra – 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir.
11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[1] və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışmışdır.
29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləyib.
1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.
1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.
2003-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülüb, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmayıb.
2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmag məqsədilə vətənə qayıdarkən, Azərbaycan beynəlxalq hava limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də təyyarə məcburi olarag Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır. 2011-ci ildə Strasburq Beynəlxalq Məhkəməsi onun 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində qələbə qazanması barədə qərar qəbul edib.
YouTube səhifəsində yarım milyondan artıq adam onun siyasi çıxışlarını izləyib.
Ailəlidir. 3 övladı var.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın