Menu
Geri İrəli

Sumqayıtda əmək yarmarkası keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2010 • Baxış sayı: 176 dəfə • Şərh yoxdur

2010-cu ilin oktyabr ayının 8-də Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti “Əmək yarmarkası”nın keçirilməsi nəzərdə tutulub. Aktiv məşğulluq tədbirlərindən kütləviliyi ilə xüsusi fərqlənən “Əmək yarmarkası” Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyevin sərəncamına əsasən təşkil olunacaq.

Yarmarkaya hazırlıqla bağlı 600-dən çox işəgötürən müəssisə, firma və şirkətlərlə əlaqə yaradılıb. Hazırlıq işlərinin ilkin nəticələrinə görə Yarmarkaya 2800-ə yaxın boş iş yerləri təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli 2167 nömrəli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2007-2010-cu illər) üzrə müddəaların yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyələrinə uyğun Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın