Menu
Geri İrəli

Sumqayıtda əsgəri maşın vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2011 • Baxış sayı: 230 dəfə • Şərh yoxdur

Ötən gecə Sumqayıt şəhəri, Kərpic zavodu ərazisində Azərbaycan ordusunun əsgərini maşın vurub.

Bbu barədə Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Sumqayıt şəhər sakini, Fuad Məmmədov idarə etdiyi “10 UG 587” dövlət nömrə nişanlı yük maşını ilə piyada, 18 yaşlı Qəhrəman Ömürmalı oğlu Cavadovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Polis idarəsindən həmçinin bildirilib ki, hadisə zamanı dünyasını dəyişən Q.Cavadov Goranboyda yerləşən “N” saylı hərbi hissənin əsgəridir. O, 1 həftəlik məzuniyyətə gəlibmiş.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın