Menu
Geri İrəli

Sumqayıtda “31 Mart – Azərbaycanlıların soyqırımı” günü ilə bağlı silsilə tədbirlər keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2010 • Baxış sayı: 375 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər mədəniyyət müəssisələrində “31 Mart – Azərbaycanlıların soyqırımı” günü ilə bağlı silsilə tədbirlər keçirilib. Belə ki, şəhərin “Dostluq”, N.Nərimanov, C.Cabbarlı adına mədəniyyət evlərində “Tariximizin faciəli səhifəsi”, “Tarixin qanlı səhifələri”, “Tarix heç zaman silinməz” adlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Şəhər Mədəniyyət Evində “Tarix şəhadət verir, “Azərbaycanlıların soyqırımı günü”, “Zaman və biz” adlı disputlar təşkil olunub.
Bundan əlavə şəhər kitabxanalarında “Tariximizin qanla yazılmış səhifələri”, “Erməni vəhşilikləri tarixi sənədlərdə”, “Tarixin qanlı səhifələri”, “Bu tarixi unutma”, “Mart soyqırımı”, “Tarixin ibrətamiz dərsləri” adlı sərgilər təşkil edilib, xülasələr verilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın