Menu
Geri İrəli

Sumqayıtda “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsinə yekun vuruldu

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2011 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Respublikası Gənclər Və İdman Nazirliyinin dəstəyi ilə BRİTİSH COUNSİL Azərbaycan təşkilatının həyata keçirdiyi “Aktiv Vətəndaşlar” (“Active Citizens”) proqramının fəal iştirakçısı olan “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı Sumqayıt gəncləri üçün həyata keçirilən “Aktiv Vətəndaşlıq Məktəbi” layihəsini uğurla başa çatdırıb. Layihə müddətində 30 Sumqayıt gəncinə “Aktiv vətəndaşlıq”, “Könüllü işin uğurlu karyerada rolu”, “Komanda işi və motivasiya”, “Blog və yeni media”, “İlk tibbi yardım”, “Həvəskar fotoqrafiyanın sirrləri”, “İlkin təlimçilik bacarıqları”, “Auditoriay qarşısında çıxış etmə, natiqlik və ritorika” adlı 8 müxtəlif mövzuda təlimlər keçirilib. İyul –avqust aylarını əhatə edən layihə ərzində gənclər eyni zamanda öyrəndiklərini praktik olaraq tətbiq ediblər.

Bu gün baş tutan yekun tədbirdə məktəbi uğurla bitirən gənclərə sertifikat verildi. Məktəbin təşkilatçılarından biri olan Nilufər Elçinqızının verdiyi məlumata görə layihəyə böyük marağın olduğunu nəzərə alaraq sentyabr ayının sonlarında “Aktiv Vətəndaşlıq Məktəbi-2”-yə start veriləcək. Bununla yanaşı layihənin birinci hissəsində aktiv olan gənclərin iştirakı ilə Sumqayıt şəhərinin orta məktəblərində şagirdlərə bu mövzularda seminarlar keçiriləcək. Seminarları keçmək üçün “AVM”-nin iştirakçıları arasından seçim aparılacaq.

Bu il fəaliyyətinin 5 illiyini qeyd edən “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı    “Aktiv Vətəndaşlar” (“Active Citizens”) proqramının fəal iştirakçısıdır. Xatırladaq ki, may ayında proqram çərçivəsində ölkəmizdə səfərdə olan Britaniyalı gənclər Sumqayıtda olmuş və təşkilatın işi ilə maraqlanmışlar. Eyni zamanda iyun ayında İngiltərənin Mançhester şəhərində təşkil olunan təcrübə mübadiləsində  “SDGT”-nin sədri Tofiq Sadıxov da iştirak edərək ingilis həmkarlarının işi ilə tanış olmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın