Menu
Geri İrəli

Sumqayıtda “Araz” hazırlıq kursunda ölüm hadisəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2010 • Baxış sayı: 400 dəfə • 1 şərh

img.phpSumqayıt şəhərində fəaliyyət göstərən “Araz” ali məktəblərə hazırlıq kursunda ölüm hadisəsi baş verib.

Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün qeydə alınıb. Kursda təhsil alan, Qusar rayon sakini, 1992-ci il təvəllüdlü Şəmsəddin Nəzərov kompüter qarşısında işləyərkən qəflətən dünyasını dəyişib. Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsi və şəhər Prokurorluğunun əməkdaşları gəliblər.
Meyitə ilkin baxış keçirən ekspertlər ilkin ehtimal olaraq Ş. Nəzərovun qıcolmadan öldüyünü müəyyən edib. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Araz” hazırlıq kursunda ölüm hadisəsi” yazısına bir cavab

  1. Bahar deyir:

    Allah rehmet elesin.

Şərhinizi yazın