Menu
Geri İrəli

Sumqayıtda “Diva SPA” Estetik Mərkəzinin açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2009 • Baxış sayı: 2,582 dəfə • 10 şərh

Ötən gün şəhərin 17-ci mikrorayon ərazisində yerləşən “Diva SPA” Estetik Mərkəzinin açılış mərasimi olub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev açılış rəmzi olan qırmızı lenti kəsdikdən sonra qonaqlar mərkəzlə tanış olub. Qeyd edək ki, mərkəzdə ayrobika, fitnes, milli rəqs dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzdə qadınlar üçün müxtəlif kosmetik prosedurların həyata keçirilməsi məqsədilə çoxsaylı kabinetlər yaradılmışdır. Müasir üslubda inşa edilmiş və xüsusi dizaynla işlənmiş otaqlarda Avropa ölkələrinin istehsalı olan yeni avadanlıqlar quraşdırılmışdır. Mərkəz nəznində kafe-restoran və şirniyyat mağazası fəaliyyət göstərəcək. Qadınların xidmətində duracaq bu mərkəzdə 35-ə yaxın xüsusi təlim keçmiş işçilər çalışacaq ki, onların əksəriyyəti şəhər sakinləridir.

Tədbirdə çıxış edən şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev bu mərkəzin inşasının respublikamızda, o cümlədən Sumqayıtda sahibkarlara göstərilən qiymətin bariz nümunəsi olduğunu qeyd edib. Son illər  şəhərdə çoxsaylı özəl səhiyyə obyektlərinin inşası və bu obyektlərin şəhər sakinlərinə keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından mühüm rol oynadığını bildirib. “Diva SPA” Estetik Mərkəz kimi müasir mərkəzin Sumqayıtın 60 illik yubileyi ərəfəsində inşasının əlamətdar hal olduğunu bildirən V.Əliyev bu mərkəzin şəhər qadınlarına gözəl tövhə olduğunu vurğulayıb.

Qeyd edək ki, mərkəz “SAS” Məhdud Məhsuliyyətli Cəmiyyət tərəfindən inşa edilib. 

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Diva SPA” Estetik Mərkəzinin açılışı olub” yazısına 10 cavab

  1. Gunel deyir:

    gozellik salonunda cox bacariqsiz xanimlar isleyir.

  2. BAHAR deyir:

    goresen ayrobika dersleri nece kecilirlr.qizimi aparmaq isterdim.
    Gunel xanim valla herden qadinin ozu ele halda olur ki o yaziq gozellik ustasi neylesede fydasi olmurr.Nece derler gozele alda yarasar,sal daa.

  3. lara deyir:

    Divada latinos reqsleri oyredilir?

  4. Aynure deyir:

    Diva Estetik Merkezi sirf qadinlar ucun olan merkezdir.orada hem aerobika,fitnes mesqleri.Azerbaycan ve avropa reqsleri kecirilir hemcinin uzgiculuk,kasmetalogiya fealiyyet gosderir.men cooooox raziyam ordan tesekkurler Diva Spa)))

  5. Aysel deyir:

    Salam xanimlar men sizi bu diva sipa estetik gozellik merkezine devet edirem ay gozel xanimlarimiz burada gozelik salonu,hovuz reqsler bey ve gelin reqsleri sauna ve hamamlar idman zali yoqa restoran kosmetologiya manikur ve pedikur solarium ariqlama prasedurlari mualicevi proqramlar massajlar buyurun yolunuzu gozleyirik Diva sipa merkezi Sumqayitda en gozel yerlerden biridi gelsez memnun olacaqsiz.

  6. Aysel deyir:

    Ne sualiniz varsa muraciet ede bilersiz.

  7. unusual deyir:

    diva spa indi de fealiyyet gosterir?

  8. Şahnaz deyir:

    Salam,mən sizdə üzgüçülüyə yazılmaq istəyirəm.Bunun üçün kmə müraciət etməliyəm,hansı sənədlər tələb olunur?

  9. Aynur deyir:

    Ora giris xerci ne qederdi ayliq ya gundelik

  10. Aynur deyir:

    Giris xerci ne qederdi

Şərhinizi yazın