Menu
Geri İrəli

Sumqayıtda “gənc ailə quranlar”günü qeyd olundu(YENİLƏNİB)

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2009 • Baxış sayı: 239 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə iyul ayında Sumqayıtda “gənc ailə quranlar” günü qeyd olunur. Bu münasibətlə iyul ayının 11-də  “Göyərçin” istirahət parkının ətrafında təntənəli tədbir keçirilib. Artıq ikinci ildir ki, Sumqayıtda böyük təntənə ilə keçirilən tədbridə 2 yeni ailə quran gənclər də iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, ictimai xadimlər və ictimaiyyət üzvlərinin iştirakı ilə keçirilən bayram tədbirində şən və maraqlı səhnəciklər göstərilib və sonra Oğuz elinin ağsaqqalı olan Dədə Qorqud yeni ailə quran gənclərə xeyir –dua verib. Sumqayıt şəhər İcra Hakimiyyətinin  başçısı V.Əliyev gənc ailələri təbrik edərək onlara xoşbəxtlik arzulayıb, gənc ailələrə hədiyyələr təqdim edilib. Tədbir bayram konserti ilə sona çatıb.

14

11

13

Facebook Şərhləndirmə:

Şərhinizi yazın