Menu
Geri İrəli

Sumqayıtda “İlham Əliyev 8 il hakimiyyətdə” mövzusunda dəyirmi masa keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2011 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıt şəhər Tarix Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlham Əliyev 8 il hakimiyyətdə” mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, millət vəkilləri, müxtəlif dövlət təşkilatlarının rəhbərləri, tanınmış ziyalılar və alimlərin də iştirak etdiyi dəyirmi masanı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov açıb. Tədbiri giriş sözü ilə açan icra başçısı ölkə prezidenti İlham Əliyevin 8 illik fəaliyyəti ərzində görülən işlərdən və bu dövrün tarixi əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Qubadlı rayon icra hakimiyyətinin başçısı Mais İsaqovun və digərlərinin dəyirmi masaya təqdim etdiyi İlham Əliyevin 8 illik fəaliyyətinin müxtəlif sahələrini əhatə edən mövzular ətrafında çıxışları olub.
Qeyd edək ki, dəyirmi masanın yekununda İlham Əliyevin hakimiyyəti illərinin intensiv inkişafı və böyük quruculuq dövrü “Qurucu İlham dövrü” olduğunu vurğulayan bəyanat qəbul edilib.
Ceyhun Eyyubov, sia.az
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın