Menu
Geri İrəli

Sumqayıtda “Mədh kilsəsi” dini icmasının 14 üzvü saxlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2011 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Bakı sakini və xanımı qanunsuz olaraq, provoslav təriqətini təbliğ edirmiş

Mayın 15-də saat 11:00 radələrində Sumqayıt şəhəri ərazisindəki “Göygöl” restoranında “Mədh kilsəsi” dini icmasının baş məsləhətçisi Bakı şəhər sakini Elçin Paşayev və arvadı Afər, icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçirdiyinə və provoslav təriqətini qanunsuz olaraq təbliğ etdiyinə görə saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində E.Paşayev, Afər və 12 nəfər icma üzvü 4-cü Polis Bölməsinə gətirilib.

E.Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsi) maddəsi ilə protokol tərtib olunub, icmanın üzvləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın