Menu
Geri İrəli

Sumqayıtda “Stress və stressdə yaranan xəstəliklər, depressiya və depressiyanın insanın psixoloji durumuna təsiri” movzusunda seminar keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2010 • Baxış sayı: 640 dəfə • 3 şərh

stressSabah Sumqayıt şəhərində İREX İcma Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Stress və stressdə yaranan xəstəliklər, depressiya və depressiyanın insanın psixoloji durumuna təsiri” movzusunda seminar keçiriləcək.

Mərkəzin admistiratoru Günel Rəcəbovanın sumqayitxeber.com saytına verdiyi məlumata görə  tədbirin məqsədi, iştirakçıları depressiya, stress barədə məlumatlandırmaq, stressin yaranma səbəbləri, törətdiyi fəsadlar, depressiyadan çıxma yolları barədə iştirakçıları maarifləndirmək və müzakirə olunan mövzuya diqqəti artırmaqdır.

Qeyd edək ki, seminar Sumqayıt şəhəri, Azərbaycan prospekti 6, 12 saylı uşaq kitabxanasında 12 fevral saat 12:00- 13:00  tarixində keçiriləcək. Mərkəzlə əlaqə saxlamaq istəyən şəxslər (018) 64 5 66 12  zəng edə bilərlər.

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Stress və stressdə yaranan xəstəliklər, depressiya və depressiyanın insanın psixoloji durumuna təsiri” movzusunda seminar keçiriləcək” yazısına 3 cavab

  1. Bahar deyir:

    HMM IMKAN OLSAYDI GEDERDIM.ESL MENE LAZIMDI ELE.EVDE OTURMAQDAN STRESSE DUSMUSEM.

  2. Gunel deyir:

    ela xeberdir hami gelse ela olardi

  3. Gunel Recebova deyir:

    Bahar xanim ele ise buyurub gelin qapimiz her zaman achiqdir

Şərhinizi yazın