Menu
Geri İrəli

Sumqayıtda “Texnologiyalar parkı” inşa olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2009 • Baxış sayı: 521 dəfə • Şərh yoxdur

STP40 hektar sahəni əhatə edən Sumqayıt Texnologiyalar parkında tikinti-quraşdırma işləri davam etdirilir. Yeni inşa edilən müəssisədə mis və alüminium ərintisi, müxtəlif diametrli elektrik naqilləri, güc kabelləri və eləcədə yüksək gərginlikli ötürücü kabellərin istehsalı nəzərdə tutulub. Bu məqsədlə müəssisəyə bir sıra xarici ölkələrdən müasir texnologiyaya əsaslanan emal avadanlıqları gətirilib. 6 korpusun tikintisi, əsas avadanlıqların quraşdırılması və bəzi avadanlıqların sınaq-sazlama işləri başa çatdırılıb, sınaq nümunələri alınıb. Hazırda inzibati binanın və məişət yerinin tikintisi aparılır. Ümumilikdə müəssisədə tikinti-quraşdırma işlərinə 1100 nəfərə yaxın işçi cəlb edilib. Qeyd edək ki, tikinti-quraşdırma işləri “İnter Enerji” və “Azenko” şirkətləri tərəfindən həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın