Menu
Geri İrəli

Sumqayıtda 1000 nəfərdən artıq ailəyə bayram sovqatı paylanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2015 • Baxış sayı: 701 dəfə • Şərh yoxdur

«Azərikimya» İB-nin kollektivi Novruz bayramı ərəfəsində aztəminatlı ailələr və əlillər cəmiyyətlərinin üzvləri ilə görüşmüşdür

«Azərikimya» İstehsalat Birliyinin kollektivi xalqımızın və bütün türk dünyasının ən əziz və ən gözəl bayramlarından olan, insanları əmin-amanlığa, birlik və həmrəyliyə, saflığa və təmizliyə səsləyən Novruz bayramı ərəfəsində Əlil Qadınlar Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, Əlillərin Beynəlxalq Əməkdaşlığı uğrunda Cəmiyyətin, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının üzvləri, Şəhid ailələri və Qarabağ əlillərinin “Rahib”  Xeyriyyə Cəmiyyətinin, respublika Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, şəhərin aztəminatlı ailələrinin uzvləri, həmçinin Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyatında olan bir qrup insanlarla görüşmüşdür.

Görüşdə imkansiz ailələrin və əlillərin yaşayış tərzi, ailə-məişət qayğıları ilə maraqlanılmış, onların arzu və istəkləri dinlənilmişdir.

Novruz bayram münasibətilə «Azərikimya» İB tərəfindən 1000 nəfərdən artıq şəhid, əlil və veteran ailələrinə, həmçinin aztəminatlı insanlara bayram sovqatı paylanılmışdır.

DSC_9377 DSC_9380 DSC_9389 DSC_9398

Facebook Şərhləndirmə:

Şərhinizi yazın