Menu
Geri İrəli

Sumqayıtda 11-ci mikrorayon ərazisində ağacları kim kəsib?

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 652 dəfə • Şərh yoxdur

aqac kesimiSumqayıt sakinləri Koroğlu prospekti, Ağdam çay evinin yaxınlığında ağacların kəsilməsi ilə “Qafqazinfo” ya şikayət məktubu göndərib. Onlar kəsilmiş ağacların fotolarını da redaksiyaya göndərib.

  “Qafqazinfo” şikayətlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirlikdən daxil olan məlumata görə, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Koroğlu prospekti, Ağdam çay evinin yaxınlığı ağacların kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı sözügedən ərazidə 11 sərv, 4 şam ağacının fiziki şəxs Vəli Abdullayev tərəfindən çadırla hasara alındığı məlum olub. Dərhal çadır sökülərək  akt tərtib olunub və ağaclar sayılaraq V.Abdullayevə təhvil verilib. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın