Menu
Geri İrəli

Sumqayıtda 16 yaşlı qız evdən niyə qaçıb?

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2014 • Baxış sayı: 784 dəfə • Şərh yoxdur

7095Sumqayıtda 16 yaşlı A.F.-nın evdən qaçmasına səbəb sosial şəbəkədə qurduğu əlaqə olub. A.F. virtual aləmdə tanıdığı insanın heç də düşündüyü kimi biri olmadığını onunla birlikdə Bakıya çatdıqdan sonra anlayıb.Tanış olduğu gənc narkotika aludəçisi imiş. Qızın kor-peşman evlərinə qayıtmaqdan başqa yolu qalmır. Amma sosial şəbəkə onun taleyinə həyatı boyu onu izləyəcək bir ləkə vurub.

ANS PRESS-in araşdırmasına görə, Azərbaycanda 2 milyondan artıq sosial şəbəkə istifadəçisi var və bunların böyük əksəriyyəti gənclərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 15-19 yaş arasında olanların sayı 700 mindir. Yəni 700 minə yaxın gənc sumqayıtlı A.F.-in taleyini yaşaya bilər.

Mütəxəssis araşdırmaları sosial şəbəkələrin gənclərə müxtəlif cür mənfi təsirlərinin olduğunu vurğulayır. ABŞ Milli Elmler Akademiyasının bir qrup professorunun araşdırmasına görə, sosial şəbəkələrdə uzun müddət vaxt keçirən insanların əksəriyyətində ətrafda baş verən hadisələrə, digər insanların həyatına laqeydlik müşahidə olunur. Proffesor İmmordino-Yanqın fikrincə, bu sosial şəbəkə üzvlərinin insanlarla canlı ünsiyyətə girməməsindən qaynaqlanır: “Bir insan digər bir insanın faciə və ya uğuruna o zaman müvafiq reaksiya vərər ki, həmin insanla uzun müddət canlı ünsiyyəti və ortaq maraqları olsun”.

Azərbaycanlı psixoloq Dəyanət Rzayev isə bildirir ki, sosial şəbəkələr həm də insanları özündən asılı vəziyyətə də salır, reallıqda baş verənlər sosial şəbəkədə çox vaxt keçirən insanlara artıq maraqsız gəlməyə başlayır. “Gənclər uzaqdan gözəl görünən həyata həvəslənirlər və şirin vədlərə inanırlar. Gənc qızda, tanıdığı ilk insana, eşitdiyi hər xoş sözə qarşı inam yaranır”,- deyə psixoloq ANS PRESS-ə bildirib.

Dəyanət Rzayevin dediklərini Azərbaycanda son aylarda baş vermiş hadisələr də təsdiqləyir. Kürdəmirdə həddi-buluğa çatmamış iki bacının evdən qaçmasına səbəb sosial şəbəkədə tanış olduqları insanların yalan vədləri olmuşdu.

Psixoloq sosial şəbəkələrdə çox oturan yeniyetmələrin əqli və fiziki inkişafdan geri qaldıqlarını da bildirir: “Kompüter arxasında çox vaxt keçirən gənc istədiyini hazır variantda tapır və bu da onun təfəkkürünün kütləşməsinə gətirib çıxarır. Bununla yanaşı onun qida rejimi və yuxusuda pozulur”.

Amma Dəyanət Rzayev bu fikirdədir ki, baş verənləri yalnız sosial şəbəkələrin üzərinə atmaq düzgün deyil. Bəzən baş verən neqativ halların əsas səbəbi valideyin – övlad münasibətlərindən qaynaqlanır. Gəncin ətrafdakı insanlardan uzaqlaşıb tanımadığı virtual aləmdəki dostlarına yönəlməsi, onun real həyatında yaranan boşluqdan, əksiklikdən xəbər verir. Nəticədə yalnış insanlara, yalnış istiqamətlərə yönəlir.

Həm də sosial şəbəkələrlə işləməyin bir çox müsbət tərəfləri var. İnsanlar illərlə görmədiyi dostlarını tapır, informasiya əldə edir, müzakirələr aparır və s.
Buna görə də, psixoloqun sosial şəbəkələri tərk etməyi yox, onların yaratdığı problemlərin qarşısını almaq üçün müəyyən təhlükəsizik tədbirləri görməyi məsləhət görür.

“Yəni valideyinlər övladlarının kompüterdən istifadəsinə müəyyən rejim çərçivəsində icazə verməlidirlər. Azyaşlılar sosial şəbəkəyə qoşularkən mütləq böyüklər tərəfindən onlara nəzarət olunmalıdır. Valideyin bilməlidir ki, övladı kimlərlə yazışır, ünsiyyət qurur. Əks halda, yeniyetmə hansısa dini sekta, terrorçu qrup, yaxud narkomanın təsiri altına düşə bilər. Gənclər vaxtlarını təhsilə, elmə, real həyatdakı dostlarına ayırmağı üstün tutmalıdırlar. Bu məslədə valideyinlər onlara yol göstərməlidir”,- deyə Dəyanər Rzayev vurğulayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın