Menu
Geri İrəli

Sumqayıtda 19 yaşayış binasının tikintisi aparılır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2009 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur

Cari ilin ötən 9 ayı ərzində Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilən layihə-smeta sənədləri əsasında ümumilikdə şəhərdə 34 təşkilat tərəfindən 38 yerdə hündürmərtəbəli yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, hazırda 19 yerdə yaşayış evlərinin tikintisi aparılır. Bundan əlavə, tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsi üçün yerində baxış keçirilərək müvafiq sənədlər toplanıldıqdan sonra inzibati, məktəb, yaşayış və digər təyinatlı olmaqla son 9 ay ərzində ümumilikdə 52 tikiliyə istismara yararlılığı barədə müvafiq sənədlər hazırlanaraq təqdim edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın