Menu
Geri İrəli

Sumqayıtda 2 aylıq körpəni oğurladılar

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2014 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur

f91472h0Y2Yn

Ananın izahatı alınıb.
Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.
Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın