Menu
Geri İrəli

Sumqayıtda 2 Fevral – Gənclər Günü qeyd olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2016 • Baxış sayı: 1,417 dəfə • 1 şərh

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Sumqayıtdakı “Park palace” restoranında sumqayıtlı gənclərin iştirakı ilə Gənclər Gününə  həsr edilmiş bayram tədbiri keçirilib.

Tədbirdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan, ali, orta ixtisas məkətəblərində təhsil alan fəal gənclər iştirak edib. Tədbirin keçirilməsində məqsəd əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər Gününü qeyd etmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, şəhərin sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə fərqlənmiş gənclərin yaradıcı imkanlarını üzə çıxarmaq və onları geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti haqqında məlumat verərək, sumqayıtlı gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdi, onlar qarşısında duran vəzifələrdən danışdı.  Daha sonra 2015-ci ildə fərqlənən gənclər və gənclər təşkilatları 29 müxtəlif nominasiya üzrə təltif edildilər.  Tədbir konsert proqramı ilə davam etdi.

AYZ_0031 AYZ_0046 (1) AYZ_0048 AYZ_0058 AYZ_0076 AYZ_0123 AYZ_0151

Facebook Şərhləndirmə:

“Sumqayıtda 2 Fevral – Gənclər Günü qeyd olunub – FOTOLAR” yazısına bir cavab

  1. Adil m. deyir:

    Başçı ki,gənclarlədir-Bu böyük işdir. Bəli,gənclər diqqət mərkəzində olmaları,onların öz doğma şəhərinə sahib çıxmalarına gətirib çıxaracaqdır.Gəldiyi gündən şəhərdə böyük işlər gördüyündən hamı ona minnətdardır.Gənclər də onun yanında olacaqlar.
    Bu gün görülən işlər gənclərin daha yaxşı yaşamaları və işləmələrinə xidmət edir.
    Uğurlar!

Şərhinizi yazın