Menu
Geri İrəli

Sumqayıtda 2 mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

 

Bu ildən Azərbaycanda “Bakı Tikiş Evi” (BTE) tərəfindən tikilən vahid məktəbli formasının qiyməti aşağı salınıb.

Bu barədə APA-ya BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, aşağı siniflər üçün olan məktəbli formalarının qiyməti 40 manata, yuxarı sinif şagirdləri üçün dəstlərin qiyməti isə 52 manat endirilib. E.Ezimovun sözlərinə görə, əgər əvvəllər aşağı sinif şagirdlərin məktəbli geyimlilərinin 26 ölçüdən 44 ölçüyədək geyimlərin qiyməti 40-45 manat idisə, hazırda ibtidai sinif şagirdləri üçün 26 ölçüdən 44 ölçüyə kimi bütün geyimlərin qiyməti yalnız bir qiymətə, 40 manata olacaq. Yuxarı sinif şagirdləri üçün əvvəl 34 ölçüdən 54 ölçüyədək geyimlər 53-55 manat idisə, hazırda onlar 52 manata satılacaq.

E.Əzimov qeyd edib ki, bu ildən məktəbli geyimlərinin satılacağı mərkəzlərin sayı da artırılıb. Onun sözlərinə görə, artıq Abşeron və Sumqayıt məktəblərinin də şagirdləri məktəbli geyimlərini öz ərazilərindən əldə edirlər: “Belə ki, Abşeron rayonu üzrə 4 məntəqədə – 2-si Xırdalanda, 1-i Saray və 1-i Mehdiabad qəsəbəsində, Sumqayıtda isə 2 mağazada yeni qiymətlərlə məktəbli formasının satışına başlanılıb. Ümumilikdə isə 20-ə yaxın mağazada məktəbli geyimlərinin satışı həyata keçirilir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın