Menu
Geri İrəli

Sumqayıtda 2 uşaq mənzildə köməksiz vəziyyətdə qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Yanvar 2014 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda bağlı qapı arxasında 2 nəfər azyaşlı köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvana qalxaraq daxil olublar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:32-də başa çatıb.xilas

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın