Menu
Geri İrəli

Sumqayıtda 2 yaşlı uşaq yol qəzasında ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2011 • Baxış sayı: 346 dəfə • 1 şərh

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədəAPA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə saat 02.00 radələrində, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 30 yaşlı Cavidan Əliyev idarə etdiyi “Vaz-2107” markalı, 20 CS 107 dövlət nömrə nişanlı avtomobili yol kənarındakı ağaca çırpıb. Nəticədə maşında olan sərnişin, C. Əliyevin 2 yaşlı oğlu Ənvər Əliyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Sürücü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

“Sumqayıtda 2 yaşlı uşaq yol qəzasında ölüb” yazısına bir cavab

  1. Bahar deyir:

    GECE SAAT 2-DE 2 YASLI USAQNAN HARDAN GELIRMIS GORESEN? USAGA GORE PIS OLDUM,GOR ANASI NELER CEKIR INDI,DEHSETDI.

Şərhinizi yazın