Menu
Geri İrəli

Sumqayıtda 20 yanvar abidə kompleksini sökdülər

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 195 dəfə • Şərh yoxdur

Sumqayıtda bir qisim yerlərdə abadlıq, təmir-bərpa işləri aparılır, bəzi abidələr yenilənir, dəyişdirilir.

Bu işlər hazırda şəhərin ən böyük istirahət məkanında – Nəsimi adına Mədəniyyət və İstirahət Parkında da davam etdirilir. Bu gün Sumqayıtda 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi sökülüb.

Artıq tarixə qovuşan 20 Yanvar abidəsinin yerində isə Xocalı abidəsi ucaldılacaq. Hazırda 20 Yanvar abidə kompleksinin layihəsi üzərində işlər tamamlanmaqdadır və bu il ərzində sözügedən layihənin həyata keçirilməsi başa çatdırılacaq.

20 Yanvar abidə kompleksi Sumqayıtın Şəhidlər xiyabanı qarşısında yaradılacaq. Xeberle.com

3592 826052

Facebook Şərhləndirmə:

Şərhinizi yazın