Menu
Geri İrəli

Sumqayıtda 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2010 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

20_yanvarmerasim11Bu gün Sumqayıt şəhər Səməd Vurğun adına Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorlarının ifasında faciə ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda mərasim zamanı faciəni əks etdirən video lentlər də nümayiş olunub.

20_yanvarmerasim_2

Facebook Şərhləndirmə:

Şərhinizi yazın