Menu
Geri İrəli

Sumqayıtda 20 Yanvar faciəsi anıldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2016 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
«Azərikimya» İB-nin əməkdaşları ilə birgə şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi anım mərasimlərində öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridilmiş, XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəh-şətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə gecəsi» kimi həkk olunan, yalnız yüzlərlə insanlara yox, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı cinayət aksiyası həyata keçirilib.
Anım mərasimində «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək qeyd etmişdır ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəh-rəmanlıq tarixidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canla-rını qurban vermiş soydaşlarımızın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, bu igid vətən oğullarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduğunu bildirmişdir.
Xatirə tədbirində 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunub.

12417907_1043363809020218_303364608040348895_n 12507300_1043363782353554_7765493027237868906_n 12507594_1043363645686901_5828620912430140694_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın